Rusiya Hava-Kosmik Qüvvələrinin “Tu-22M3” tipli 6 bombardmançı təyyarəsi Suriyanın Əl-İşara yaşayış ərazisində İŞİD terror təşkilatının mövqelərinə zərbə endirib.
ONN mediaxəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Nəticədə terrorçuların xeyli canlı qüvvəsi, texnika və döyüş sursatı məhv edilib.