İspan futbolçunun meydanda ürəyi dayandı

İspaniyanın aşağı yaş qruplarından ibarət komandalarının görüşündə faciə yaşanıb.

Qol.az-ın məlumatına görə, "Alsir" klubunun kapitanı Naço Barbera oyun zamanı dünyasını dəyişib. Meydanda ürəyi dayanan 14 yaşlı futbolçu xəstəxanaya çatdırılsa da, onun həyatını xila etmək olmayıb.

Qeyd edək ki, baş vermiş hadisə ilə bağlı "Alsir" klubu bütün yaş qrupları üzrə bu günə nəzərdə tutulan matçlarını təxirə saldığını açıqlayıb. La Liqa təmsilçiləri "Sevilya" və "Valensiya" artıq rəsmi sayt vasitəsilə sözügedən komandaya başsağlığı mesajı yollayıb.