İspaniyada bazarda partlayış – Yaralananlar var

İspaniyanın Mursiya vilayətində bazarda partlayış baş verib.

ONN media xəbər verir ki, bu barədə “Spain Newsdaily” məlumat yayıb.

Məlumata əsasən, insident nəticəsində 3 nəfər yüngül xəsarət alıb.

Fövqəladə Hallar Nazirliyi partlayış qaz ballonunda sızmanın səbəb olduğunu bildirib.