İspaniyada insanlar küçələrə axın etdi — FOTOLAR

İspaniya hökuməti qaçış və idmanla məşğul olmaq üçün sakinlərin evdən çıxmalarına icazə verib.

ONN media  xəbər verir ki, qadağanın götürülməsindən sonra insanlar kütləvi şəkildə küçələrə axışıblar. Qadağa 1,5 ay qüvvədə olub.

Qeyd edək ki, hazırda İspaniya koronavirusa yoluxma sayında (245 567) ikinci, ölüm sayında (25 100) dördüncü yerdədir.