ONN İnformasiya Agentliyi

İsrail ordusu 40-dan çox fələstinliyə xəsarət yetirib

İsrail ordusu 40-dan çox fələstinliyə xəsarət yetirib
02 Fevral 2018 - 22:58

Bu gün Qəzza zolağında və İordan çayının qərb sahilində İsrail hərbçiləri ilə toqquşmalarda 40-dan çox fələstinli xəsarət alıb.

ONN media RİA Novosti agentliyinə istinadən xəbər verir ki, bu barədə  Fələstin Qızıl Aypara Cəmiyyətinin nümayəndəsi bildirib.

“Fevralın 2-də toqquşmalar nəticəsində 5 fələstinli döyüş gülləsi, 2 nəfər isə rezin güllələrdən xəsarət alıb. 31 nəfər gözyaşardıcı qazdan zəhərlənib”, – deyə Cəmiyyətin nümayəndəsi İrab əl-Fukah bildirib.

Fələstin Səhiyyə nazirliyinin nümayəndəsi Əşrəf əl-Kidra bildirib ki,  Qəzza zolağı ilə İsrail arasında sərhəddə 3 fələstinli güllə yarası alıb, daha iki nəfər gözyaşardıcı qazdan zəhərlənib alıb.

ABŞ-ın Qüdsü İsrail paytaxtı kimi tanımasından sonra  Qəzza zolağında və İordan çayının qərb sahilində iğtişaşlar iki aya yaxındır ki, davam edir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png