İsrail Qəzza zolağı ilə sərhədi bağladı

İsrail hökuməti Qəzza zolağı ilə sərhəddə iki sərhəd buraxılış məntəqəsini bağlayıb.

ONNmedia "RİA Novosti"yə istinadən xəbər verir ki, buna son günlər Qəzza zolağından İsrail ərazisinin raketlərdən atəşə tutulması səbəb göstərilir.

Məlumata əsasən, "Erez" və "Kərəm Şalom" sərhəd keçidləri humanitar hallar istisna olmaqla, insanların və malların buraxılması üçün bağlanıb. Keçidlərin nə vaxt açılacağı barədə məlum verilmir.