ONN İnformasiya Agentliyi

İsrail və Fələstin sərhədində qarşıdurma başlayıb- Qüdsə görə

İsrail və Fələstin sərhədində qarşıdurma başlayıb- Qüdsə görə
09 Dekabr 2017 - 18:52

İsrail və Fələstin sərhədində qarşıdurma başlayıb.

ONN media RİA Novosti-yə istinadən xəbər verir ki, qarşıdurma Ramallah şəhəri və İsrailin Beyt-əl yaşayış məntəqəsi yaxınlığında baş verib.

Bildirilir ki, İsrail ordusu göz yaşardıcı qazdan və səsli qumbaralardan istifadə edib.

Qeyd edək ki, ötən gün fələstinlilər ABŞ prezidenti Donald Trampın Qüdsün İsrail paytaxtı kimi tanınması və ABŞ səfirliyinin bura köçülülməsi qərarı ilə əlaqədar olaraq, "qəzəb günü" keçiriblər. Etirazlar İsrail polisi ilə toqquşmaya gətirib çıxarıb.

Bundan əvvəl Fələstinin Qızıl Ay Cəmiyyəti 767 nəfərin zərər çəkdiyini, o cümlədən təqribən 60 nəfərin güllə yarası aldığını bəyan edib. İsrail hərbçilərinin sözlərinə görə, İordan çayının qərb sahilində, Qəzza sektoru ilə sərhəddə qeydə alınan iğtişaşlarda 7500 nəfər iştirak edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png