İsrail YUNESKO-nu tərk etdi
YUNESKO-nun baş katibi Odre Azule İsrail hökumətindən ölkənin təşkilat sıralarından çıxmasına dair bildiriş alıb.
ONN media xəbər verir ki, İsrail BMT-nın Təhsil, Elm və Mədəniyyət məsələləri üzrə Təşkilatına 1949-cu ildə daxil olub.
2016-cı ildə təşkilatın icraiyyə şurası Qüds üzrə qətnamə qəbul edərək rəsmi Təl-Əvivin müsəlmanların “Əl-Əqsə” məscidini ziyarətinə maneələr törətməsini pisləyib. Bundan sonra İsrail hökuməti YUNESKO ilə əməkdaşlığı dayandırdığını bəyan edib.
Qeyd edək ki, bu ilin oktyabrında ABŞ təşkilatdan çıxdığını bildirib.