İsraildə hava həyəcanı elan edildi

İsrailin cənubunda, Qəzza zolağına bitişik ərazilərdə hava xəbərdarlığı elan edilib.

ONN media xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin “Telegram” kanalı məlumat yayıb .

“Sderot şəhərində və Qəzza zolağına bitişik ərazilərdə sirenlərin işə salınması ilə bağlı mesaj daxil olub”, – nəşr yazır.

Qeyd edilir ki, bir raket Qəzza zolağından atılıb, artıq İsrailin hava hücumundan müdafiə sistemi tərəfindən ələ keçirilib