ONN İnformasiya Agentliyi

İsraildə kütləvi etiraz aksiyaları keçirildi

İsraildə kütləvi etiraz aksiyaları keçirildi
31 Dekabr 2017 - 11:57

İsrailin bir neçə şəhərində korrupsiya əleyhinə növbəti kütləvi etiraz aksiyaları keçirilib.

APA-nın verdiyi xəbərə görə, Təl-Əvivdə təşkil olunan aksiyada 2 min etirazçı iştirak edib. Paytaxtdakı aksiyaya qatılan etirazçılar hazırda korrupsiya cinayəti ilə əlaqədar barəsində istintaq tədbirləri görülən ölkənin baş naziri Binyamin Netanyahunun istefaya getməsini tələb ediblər.

Etiraz aksiyaları həmçinin Qüds, Hayfa və Afulada keçirilib.

Qeyd edək ki, korrupsiya cinayətlərində şübhəli bilinən baş nazir Binyamin Netanyahu 7 dəfə müstəntiqlər tərəfindən dindirilib.

B.Netanyahu iddiaların əsassız olduğunu bildirərək, müxalifətçiləri və jurnalistləri polis və prokurorluğa təzyiq vasitəsilə dövlət çevrilişi hazırlamaqda ittiham edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png