İsrailin baş naziri Ermənistanın XİN başçısı ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

İsrailin Baş naziri Binyamin Netanyahu Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla Azərbaycanın işğal altında saxlanılan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsini müzakirə edib.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, Edvard Nalbandyan ATƏT-in Minsk qrupu həmsədrlərinin münaqişənin tənzimlənməsi istiqamətində səylərindən danışıb.
Qeyd edək ki, İsrailin baş naziri və xarici işlər naziri Binyamin Netanyahunun dəvəti ilə Ermənistan xarici işlər naziri Edvard Nalbandyan noyabrın 6-7-də İsrailə səfər edib. O, bu dövlətin müxtəlif səviyyəli rəsmiləri ilə görüşlər keçirib.