İstanbul boğazında yaxta YANDI: 8 nəfər… – Video

Türkiyənin İstanbul şəhərində dənizdə bir yaxtada yanğın baş verib.

ONN media xəbər verir ki, hadisə yerinə çox sayda yanğınsöndürmə briqadası cəlb edilib. Yanğın söndürülsə də, yaxta yararsız hala düşüb.

Yanğın zamanı yaxtada 8 nəfər olub, onlar birdən-birə alova qərq olan yaxtadan dənizə atılıblar.

Sahil Mühafizə Xidmətinin dərhal yardıma gəlməsi nəticəsində xəsarət alan olmayıb.