ONN İnformasiya Agentliyi

İstanbul zəlzələsi üçün hazırlıqlar başladı

İstanbul zəlzələsi üçün hazırlıqlar başladı
02 Mart 2023 - 9:06

Türkiyəni sarsıdan zəlzələlərdən sonra İstanbul ola biləcək Mərmərə zəlzələsi ilə diqqət mərkəzinə düşüb. Bəs, İstanbul gözlənilən Mərmərə zəlzələsinə necə hazırlaşır? Evakuasiya planları hansılardır?

Bu məsələ ilə bağlı İstanbul Ticarət Universitetinin professoru Mustafa İlıcalı danışıb.

Onun sözlərinə görə, zəlzələ zamanı idarəetmə prosesi ən önəmli məqamdır:

“Buna görə də artıq zəlzələ zamanı nəqliyyatda, logistikada onu necə idarə edəcəyimizlə bağlı plan qurmuşuq. Yəni yolları necə açıq saxlamalıyıq və bilməliyik ki, hansı yol açıqdır. Burada ünsiyyətin kəsiləcəyini bildiyimiz üçün hər yeri sms mesajları ilə təyin etməliyik. Məsələn, İstanbulun Barbaros Bulvarına hansı qrup gələcək? Təhlükəsizliyi təmin etmək üçün polislər dərhal əraziyə yerləşdiriləcək və biz daim qrupları yeniləyəcəyik”.

Professor bildirib ki, İstanbul yollarında sıxlıq olduğuna görə yenilənmə işləri aparılıb: “Bu yenilənmələr 9 bal gücündə zəlzələ üçün dizayn edilərək sınaqdan keçirilib. Zəlzələ zamanı hansı rayonlarda hansı dağıntıların olacağını artıq bilirik. Buna görə də xilasetmə qruplarının hansı rayonlara gedəcəyini artıq bilirik. Təyyarə vasitəsilə dəstək, evakuasiya xidməti, dənizdən gələn insanları xəstəxanalara çatdırmaq məsələlərini artıq ciddi nəzərə almışıq”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png