ONN İnformasiya Agentliyi

İstanbulda gecə klubunda silahlı insident olub, xəsarət alanlar var

İstanbulda gecə klubunda silahlı insident olub, xəsarət alanlar var
24 Yanvar 2024 - 13:54

Türkiyənin İstanbul şəhərinin Sarıyer bölgəsindəki gecə klubunda yaranan mübahisə silahlı insidentlə nəticələnib.

Məlumata görə, gecə klubuna daxil olmaq istəyən bir qrup şəxs məkanın işçiləri ilə mübahisə edib. Daha sonra silahlanaraq kluba qayıdan şəxslər oradakılara atəş açmağa başlayıblar. Hadisə yerinə gələn polislərlə silahlı şəxslər arasında qarşıdurma yaranıb.

Qeyd edək ki, hadisə zamanı iki polis, gecə klubunun iki əməkdaşı və bir taksi sürücüsü xəsarət alıb.

Silahlı şəxslər hadisə yerindən qaçıblar.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png