ONN media

İstanbulda məktəblər təxliyə edildi – Nə baş verir?

İstanbulda məktəblər təxliyə edildi – Nə baş verir?
12 İyun 2019 - 21:40

İstanbulun Pendik rayonunda güclü yağış nəticəsində məktəblərdən birinin zirzəmisini və birinci mərtəbəsini su basıb.

ONN media xəbər verir ki, bununla əlaqədar olaraq məktəbdən uşaqlar təxliyə edilib.

Bundan başqa, təhlükəsizlik məqsədilə bölgədəki uşaq bağçaları da təxliyə olunub. Bir sıra mağaza və müəssisələri də su basdığı deyilir.

Yağışın günün sonunadək yağacağı proqnozlaşdırılır.

Xatırladaq ki, bir neçə gün əvvəl paytaxt Ankarada 3 nəfər şiddətli yağışın törətdiyi daşqının qurbanı olmuşdu.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png