ONN İnformasiya Agentliyi

İstanbulda terror aktı planlaşdıran 6 İŞİD üzvü saxlanılıb

İstanbulda terror aktı planlaşdıran 6 İŞİD üzvü saxlanılıb
11 Noyabr 2017 - 14:55
İstanbulda terror aktı planlaşdırmaqda şübhəli sayılan 6 nəfər saxlanılıb.
ONN media-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, İstanbul Polis İdarəsinin Terrorla mübarizə şöbəsinə İŞİD terror təşkilatına bağlı 6 nəfərdən ibarət dəstənin terror təşkilatının rəhbərliyinin təlimatı ilə terror aktı həyata keçirməyə hazırlaşdığı barədə məlumat daxil olub.
Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində 6 şübhəli saxlanılıb. Onların yaşadıqları evlərdə İŞİD terror təşkilatı ilə bağlı çoxlu sayda sənədlər və disklər aşkarlanıb.
ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png