ONN İnformasiya Agentliyi

İstanbulda Yeni il şənlikləri QADAĞAN OLUNDU

İstanbulda Yeni il şənlikləri QADAĞAN OLUNDU
20 Dekabr 2017 - 19:52

İstanbulun Bəyoğlu bələdiyyəsi mərkəzi Taksim meydanı və İstiqlal küçəsində Yeni illə bağlı şənliklərin, tədbirlərin keçirilməsini qadağan edib.

Trend-in məlumatına görə, bu barədə Bəyoğlu bələdiyyəsinin Təhlükəsizlik İdarəsinin rəisi İsmayıl Kılıç bildirib.

Onun sözlərinə görə, Yeni il gecəsi Taksim meydanında, İstiqlal küçəsində, eləcə də bütün mərkəzi rayonlarda təhlükəsizlik yüksək səviyyədə təşkil olunacaq, polis gücləndirilmiş rejimdə çalışacaq.

Qeyd edək ki, ötən il yanvarın 1-ə keçən gecə İstanbulda "Reina" klubunda çox saylı insan tələfatı ilə nəticələnmiş terror hadisəsi baş vermişdi.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png