ONN İnformasiya Agentliyi

“İstanbullu Gəlin” və “Cəsur və Gözəl” serialları…

“İstanbullu Gəlin” və “Cəsur və Gözəl” serialları…
28 Sentyabr 2018 - 12:53

Türk serialları 46-cı Beynəlxalq Emmi Mükafatlarına namizəd göstərilib.

ONN media Türkiyə mətbuatına istinadən xəbər verir ki, 20 ölkənin münsiflərinin qiymətləndirdiyi 46-ci Beynəlxalq Emmi Mükafatlarının namizədləri açıqlanıb. Siyahıya “Star TV”-də yayımlanan "İstanbullu Gəlin" və "Cəsur və Gözəl" serialları daxil edilib. Bundan başqa, "Söz" serialının baş rol aktyoru Tolga Sarıtaş "Ən yaxşı kişi aktyor" kateqoriyasında namizəd göstərilib. Mükafatlandırma mərasimi 19 Noyabrda Nyu-Yorkda, Hilton hotelində baş tutacaq.

Türk serialları “Ouro Verde” (The Payback) və “Paquita La Del Barrio” televiziya layihələri ilə yarışacaq.

Tolga Sarıtaş isə “Ən yaxşı kişi aktyoru” nominasiyası üzrə Braziliyadan Julio Andrade, Kanadada Billy Campbell və Danimarkadan Lars Mikkelsen ilə mübarizə aparacaq.

Məlumat üçün bildirək ki, keçən il “Telenovela” kateqoriyasında "Kara Sevda" serialı mükafat qazanmışdı.

Qeyd edək ki, “Emmi”Amerikada Oskar (kino sahəsində) Qremmi (musiqi sahəsində) və Toni (teatr sahəsində) mükafatlarının televiziya ekvivalenti hesab edilir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png