İsveçdə metroda partlayış – Yaralılar var

İsveçin paytaxtı Stokholmda metronun “Varby gard” stansiyasının qarşısında partlayış baş verib.

ONN media “Qafqazinfo”-ya istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər yaralanıb.

Stansiyaya əl qumbarası atıldığı söylənilsə də, hələlik bu məlumat rəsmi olaraq təsdiqlənməyib. Hazırda polis ərazidə axtarış və təhlükəsizlik tədbirləri görür.