İsveçrə səfiri Türkiyə XİN-ə çağırıldı

İsveçin Ankaradakı səfiri Staffan Herrström Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

ONN media xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.

İsveçin paytaxtı Stokholmda PKK tərəfdarlarının keçirdiyi aksiya ilə bağlı səfirə xəbərdarlıq edilib.

Bildirilib ki, terrorçuların Türkiyə və dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı hədəf alan bu təxribatçı şüarları üçtərəfli bəyannamənin açıq şəkildə pozulmasıdır.