İsveçrədə qar uçqunu- ÖLƏNLƏR VAR

İsveçrədə son üç sutka ərzində 3 alpinist ölüb.

ONN media xəbər verir ki, Alp dağlarında baş verən qar uçqunu İsveçrədən olan qadın və kişi, həmçinin fransalı kişi alpinistin həyatına son qoyub.

Qar uçqunu nəticəsində xəsarət alan daha iki alpinist xilasedicilər tərəfindən aşkarlanıb. Onların xəstəxanaya yerləşdirildiyi bildirilir.

Qeyd edək ki, bu ilin fevralında Alp dağlarının İtaliyaya aid hissəsində 9 alpinist dağa çıxarkən ölüb, 1-i isə xəsarət almışdı.