İtaliya himni rəsmi status aldı- 71 İL SONRA

İtaliyanın milli himni olan “İtaliya qardaşları” 71 ildən sonra ölkənin rəsmi himni statusunu alıb.
ONN media xəbər xəbər verir ki, qərar 15 noyabr tarixində İtaliya Senatının konstitusiya işləri üzrə komissiyası tərəfindən qəbul edilib. Daha öncə bu himn bütün tədbirlərdə səslənsə də, rəsmi statusa malik deyildi.
1946-cı ildə İtaliyanın Nazirlər Şurası Alçide de Qasperinin sədrliyi ilə “İtaliya qardaşları” kompozisiyanın ölkənin rəsmi himni kimi müvəqqəti istifadə edilməsi barədə fərman imzalamışdı. O vaxtdan himnin statusu dəyişməmişdi.