ONN İnformasiya Agentliyi

İtaliyada COVID-19-a yoluxanların sayı KƏSKİN ARTDI

İtaliyada COVID-19-a yoluxanların sayı KƏSKİN ARTDI
05 İyun 2020 - 21:56

İtaliyada yeni növ koronavirus infeksiyasına yoluxanların sayı sutka ərzində 518 nəfər artaraq, ümumilikdə 234 531 nəfərə çatıb.

ONN media  xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Departamentinin açıqlamasında qeyd olunur. Bu göstərici son bir həftədə ən yüksək göstərici hesab olunur.

Son sutkada 1886 nəfər koronavirusdan müalicə olunaraq sağalıb, sağalanların ümumi sayı 163 781-dir. Son günlər ərzində sağalanların sayında azalma müşahidə olunur.

Virusa yoluxma nəticəsində həyatını itirənlərin sayı isə son sutkada 85 nəfər artaraq, ümumilikdə 33 774 nəfərə çatıb. Ötən gün bu rəqəm 88 nəfər idi.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png