ONN İnformasiya Agentliyi

İvanka ABŞ-ın ilk qadın prezidenti olacaq – Şok iddia

İvanka ABŞ-ın ilk qadın prezidenti olacaq – Şok iddia
04 Yanvar 2018 - 1:17

ABŞ Prezidenti Donald Trampın qızı İvanka ölkənin ilk qadın prezidenti olmaq niyyətindədir.

ONN media-nın Rusiya KİV-ə istinadən xəbərinə görə, bu barədə jurnalist Maykl Vulf özünün "Od və qəzəb: Trampın Ağ evində" kitabında yazıb.

Kitabın bəzi hissələrini çap edən "Nyu York Maqazin" jurnalı yazır ki, İvanka onun Tpampın müşaviri olan əri Cared Kuşner Prezident Administrasiyasında mövqe tutmaq, gələcəkdə bundan yararlanaraq İvankanın prezident olmasına çalışmaq barədə razılığa gəliblər.

"Cütlük öz aralarında bu qərara gəliblər ki, gələcəkdə imkan yaranarsa, İvanka prezidentliyə namizəd olacaq", – Vulf yazır. Həmçinin qeyd olunur ki, ABŞ-ın ilk qadın prezidenti Hillari Klinton deyil, İvanka Tramp olacaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png