ONN İnformasiya Agentliyi

İzləyicilərindən Cem Yılmaza sərt münasibət

İzləyicilərindən Cem Yılmaza sərt münasibət
27 Yanvar 2020 - 10:38

Türkiyənin Elazığ bölgəsində insan ölümü ilə nəticələnən şiddətli zəlzələ ilə bağlı aktyor, stəndapçı Cem Yılmazın sosial şəbəkə səhifəsində kədərini ifadə edən hər hansı paylaşım etməməsi, faciə ilə bağlı səssiz qalması izləyicilərinin qəzəbinə səbəb olub.

ONN media xəbər verir ki, Tvitterdə “Cem Yılmaz, təəssüflər olsun”, “Cem Yılmaz xalqın pulunu sovuran vampirdir” həştəqləri ilə sənətçiyə qarşı kampaniya başladılıb.

İzləyiciləri onu vicdansızlıqda, nankorluqda ittiham edib, hətta bəziləri daha da irəli gedərək, təhqir etməkdən çəkinməyib.

Qeyd edək ki, son məlumata görə, qardaş ölkənin Elazığ bölgəsində baş verən təbii fəlakət nəticəsində 38 nəfər dünyasını dəyişib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png