ONN İnformasiya Agentliyi

Jirinovski Azərbaycan millət vəkillərini TƏNQİD ETDİ – ŞOK SÖZLƏR

Jirinovski Azərbaycan millət vəkillərini TƏNQİD ETDİ – ŞOK SÖZLƏR
10 İyun 2021 - 13:16

Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovsk 19 yaşlı azərbaycanlı Vəkil Abdullayevi qətlə yetirən polisi dəstəkləyib.

ONN media xəbər verir ki, Jirinovski Azərbaycanın millət vəkillərini də tənqid edib.

“Novosibirsk vilayətində polis təsadüfən yol hərəkəti qaydasını pozan birini yaxalayan zaman qətlə yetirib. Azərbaycan parlamentinin deputatları hansısa etiraz təşkil edirlər. Sizin nə işinizə qalıb? Əgər Azərbaycan nümayəndələri, sakinləri üçün burada nəsə qaydasında deyilsə, qoy evlərinə getsinlər”, – deyə o bildirib.

Qeyd edək ki, Rusiya vətəndaşı olan 19 yaşlı azərbaycanlı gənc Vəkil Abdullayevi qətlə yetirən polisin azadlığa buraxılması millət vəkillərinin və ictimaiyyət nümayəndələrinin Rusiya liderinə müraciət imzalamasına səbəb olmuşdu.(axar.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png