Kəşmirdə partlayış- ÖLƏNLƏR VAR

Pakistan və Hindistan arasında mübahisəli ərazi hesab olunan Kəşmir bölgəsində partlayış baş verib.

ONN media xəbər verir ki, hadisə nəticəsində 4 polis əməkdaşı həlak olub.

Partlayış səhər saatlarında bazar ərazisində törədilib. Hazırda bölgədə axtarış əməliyyatları aparılır.

Partlayışla əlaqədar məsuliyyəti üzərinə götürən olmayıb.