Kabildə partlayış: 7 nəfər öldü, 17-i yaralandı

Əfqanıstanın paytaxtı Kabildə məsciddə baş verən partlayış nəticəsində 7 nəfər ölüb, 17-i xəsarət alıb.

Bu barədə ölkənin səhiyyə nazirliyi məlumat yayıb.

Bildirilib ki, partlayış namaz zamanı baş verib. Hələ ki, heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.