Kabildə TERROR AKTI – 40 ölü, 30 yaralı

Əfqanıstanın paytaxtı Kabildə ikiqat terror aktı törədilib.

ONN media xəbər verir ki, bu haqda Daxili İşlər Nazirliyinin nümayəndəsinə istinadən “Pajvak” agentliyi bildirib.

Terror aktları nəticəsində həlak olanların sayı 40-a çatıb, ən azı 30 nəfər yaralanıb.

Hücumun hədəfi, ilkin məlumatlara görə, yerli “Əfqan səsi” informasiya agentliyi olub. Partlayıcı qurğu kamikadze tərəfindən işə salınıb.

İkinci partlayış şiə mədəni mərkəzində törədilib.