Kadir İnanır özünə İnstaqram hesabı açdı və… – FOTOLAR

Türkiyənin tanınmış kino ulduzu Kadir İnanır özünə rəsmi İnstaqram hesabı açaraq sevgilisi Julide Kural ilə fotolarını paylaşıb.

ONN media xəbər verir ki, sosial şəbəkədə özünə hesab açan 70 yaşlı aktyor romantik şəkilləri ilə diqqət çəkib.

O, paylaşımına “Rəsmi sosial media hesabımdan hər kəsə salam. Bundan sonra burada sizinlə söhbətləşəcəyəm” şərhini yazıb.

Məlumat üçün bildirək ki, 55 yaşlı Julide Kuralla Kadir İnanır 17 ildir sevgilidir.