Kadırov: Ərdoğana heyranam!

Çeçenistan lideri Ramzan Kadırov Türkiyə müxalifət lideri ilə görüşəndən sonra ABŞ-ın Türkiyədəki səfiri ilə danışmaqdan imtina edən Prezident Rəcəb Tayyib Ərdoğana heyran olduğunu bildirib.

ONN media xəbər verir ki, bu barədə o, Teleqram kanalında yazıb.

“Mən başa düşdüm, bax, mövqe budur!” – o qeyd edib.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan prezident seçkisində müxalifətin namizədi Kamal Kılıçdaroğlu ilə görüşəndən sonra ABŞ-ın Ankaradakı səfiri üçün qapıları bağlı elan edib.