ONN İnformasiya Agentliyi

Kadırov 104 yaşlı qadına ev bağışladı

Kadırov 104 yaşlı qadına ev bağışladı
16 Yanvar 2018 - 11:41

Bundan sonra atasız-anasız böyümüş Hacımuratov bacı-qardaşları – 22 yaşlı İslam, 18 yaşlı Həvva və 16 yaşlı İman 104 yaşlı kimsəsiz Mədinə Əliyeva ilə bir evdə yaşayacaq və ona həyan olacaqlar.

ONN media-nın məlumatına görə, Virtualaz.org Çeçenistan mənbələrinə stinadən xəbər verir ki, bu gün respublikanın parlament sədri Məhəmməd Daudov və Çeçenistan müftisi Salah Mejiyev evin açarlarını yeni sahiblərinə təqdim ediblər.

Mənbə bildirir ki, Mədinə Əliyeva İordaniyada doğulub və yaşayıb. Ahıl yaşında vətəni Çeçenistana qayıtmaq fikrinə düşüb, lakin yolda qarət olunub.

Xatırladaq ki, Mədinə Əliyeva 2017-ci il dekabrın 23-də Goranboy rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində küçədə köməksiz vəziyyətdə tapılıb. O, bu il yanvarın 11-də Bakını tərk edərək, Ramzan Kadırovun təşəbbüsü ilə Çeçenistana yollanıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png