Kahramanmaraşa gedən könüllümüz nələri açıqladı?

“Kahramanmaraş şəhərinə gəlmək mənim vicdan borcum idi”

ONN media-nın xəbərinə görə, bunu Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə şəxsi hesabına könüllü gələn Vüsal Rüstəmov deyib.

“Burada axtarış-xilasetmə əməliyyatlarına qoşuldum, meyitlərin çıxarılmasında iştirak etdim. Bundan sonra Azərbaycandan gələn könüllülərə qoşulacam. Kahramanmaraşın kəndlərində gedib insanlara kömək edəcəm”, – o bildirib.

Qeyd edək ki, V.Rüstəmov fevralın 7-dən Kahramanmaraş şəhərində könüllü olaraq fəaliyyət göstərir