Kataloniyada müstəqillik tərəfdarlarının qələbə sevinci

Kataloniya Milli Assambleyasında təmsil olunan müstəqillik tərəfdarları növbədənkənar parlament seçkilərdəki qələbəni qeyd etməyə başlayıb.

ONNmedia-nın məlumatına görə, Kataloniyanın İspaniyanın tərkibindən çıxmasını tələb edən partiyalar bölgə parlamentindəki 135 mandatın 70-ni özləri üçün təmin edə biliblər.

Müstəqillik tərəfdarları rəqs edir, Kataloniyanın sabiq rəhbəri Karles Puçdemona dəstək şüarları səsləndirir, bir-birilərini qələbə ilə təbrik edirlər.