Keçmiş futbolçu ölkəsinin prezidenti seçilib

1990-cı illərdə “Monako”, “PSJ” və “Milan” klublarının şərəfini qorumuş məşhur futbolçu Corc Vea Liberiyanın prezidenti seçilib.

ONN media AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Liberiya Milli Seçki Komissiyası ölkədə keçirilən seçkilərin ikinci turunda səslərin 98,1 faizini saydıqdan sonra məlumat yayıb.

Keçmiş futbolçu ikinci turda böyük səs çoxluğu ilə qalib gəlib. C.Vea səslərin 61,5 faizini qazanaraq rəqibi vitse-prezident Jozef Boakaini üstələyib (38,5 faiz).