Keçmiş iqtisadiyyat naziri baş nazir vəzifəsinə namizəd olub

Dağıstan başçısı vəzifəsini müvəqqəti icra edən Vladimir Vasilyev Tatarıstanın iqtisadiyyat naziri Artyom Zdunovun namizədliyini respublikanın Milli Məclisinə təqdim edib.

Bu barədə ONN media Report-a istinadən xəbər verir.

"Vladimir Vasilyev Dağıstanın hökumət sədri vəzifəsinə Artyom Zdunovun namizədliyini irəli sürüb. Onun namizədliyinə sabah Dağıstan parlamentinin deputatları tərəfindən Milli Məclisin sessiyasında baxılacaq", – Dağıstan parlamentinin nümayəndəsi bildirib.