ONN İnformasiya Agentliyi

Kilsəyə hücum nəticəsində həlak olanların sayı doqquz nəfərə çatıb

Kilsəyə hücum nəticəsində həlak olanların sayı doqquz nəfərə çatıb
17 Dekabr 2017 - 22:59

Pakistanın Bəlucistan əyalətinin Kvetta şəhərinin Zarqun-Roud rayonunda kamikadzenin protestant kilsəsinə hücumu nəticəsində həlak olanların sayı doqquz nəfərə çatıb, 50-dən artıq insan yaralanıb.

ONN media AZƏRTAC-a istinadən xəbər verir ki, əyalətin daxili işlər naziri Sarfaraz Buqti jurnalistlərə müsahibəsində yaralıların çoxunun vəziyyətinin ağır olduğunu bildirib.

Xəbər verdiyimiz kimi, hadisəni törədən iki terrorçudan birini polis məbədə girərkən güllələyib, digəri isə kilsənin içərisinə girərək özünü partladıb. Partlayış vaxtı kilsədə 400-ə yaxın adam olub.

Qanlı hadisəyə görə məsuliyyəti İŞİD terror təşkilatı artıq öz üzərinə götürüb.

Pakistan Prezidenti Məmnun Hüseyn terror aktını pisləyib, həlak olanların yaxınlarına başsağlığı verib. Dövlət başçısı deyib ki, Pakistan bundan sonra da terrorçuların məhv edilməsi ilə bağlı kəskin tədbirlər görəcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png