ONN İnformasiya Agentliyi

Kişilərə qadınlardan daha çox maaş verilməsi QADAĞAN OLUNDU

Kişilərə qadınlardan daha çox maaş verilməsi QADAĞAN OLUNDU
03 Yanvar 2018 - 14:01

İslandiyada 1 yanvardan etibarən iş yerlərinin kişilərə qadınlardan daha çox maaş verməsini qadağan edib.

ONN media primetime.az-a istinadən xəbər verir ki, həm dövlət, həm də özəl iş yerləri qadın və kişilərə bərabər pul ödədiklərinə dair sertifikat almaq məcburiyyətindədir. Sertifikatı almayan iş yerləri isə qanun çərçivəsində cəzalandırılacaq.

Yeni qanunun qüvvəyə minməsi İslandiyanın 2022-ci ilə qədər əmək haqqı bərabərsizliyini tamamilə ortadan qaldırmaq planının bir qolu kimi fərz edilir.

Dünya İqtisadi Forumunun (WFE) 2017-ci ildə nəşr etdiyi Qlobal Gender Uçurumu Hesabatında, son doqquz ildə olduğu kimi, İslandiya gender bərabərliyini ən çox saxlayan ölkə kimi hesabatda yer alıb.

International Bussiness Timesda yer alan xəbərə görə, 323 min əhaliyə malik İslandiyadakı bütün siyasi partiyalar qanunu dəstəkləyir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png