Kiyev Saakaşvili tərəfdarlarını ölkədən çıxarır

Ukraynadan 8 Gürcüstan vətəndaşı deportasiya olunub.
ONN media Axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiya Ukrayna Təhlükəsizlik Xidmətinin Feysbuk səhifəsində yerləşdirilib. Onların Gürcüstana 17 noyabrda yola salındığı bildirilib. Ukrayna Təhlükəsiz Xidməti deportasiya olunan şəxslərin ölkənin milli təhlükəsizliyinə təhdid yaratdığını vurğulayıb.
Qeyd edək ki, Ukrayna mətbuatı deportasiya olunanların Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin tərəfdarları olduğu haqqında informasiya yayıb.