Koalisiya qüvvələri BOMBALADI-11 NƏFƏR ÖLDÜ

Səudiyyə Ərəbistanının başçılığı ilə koalisiya qüvvələrinin endirdiyi hava zərbəsi nəticəsində Yəmənin Əl-Cauf əyalətində 11 nəfər ölüb.
ONN media xəbər verir ki, koalisiya qüvvələrinə məxsus təyyarələr Əl-Məslub rayonunda yaşayış massivini bombalayıblar. Nəticədə 3 qadın və 8 uşaq həyatını itirib.