Köçəryan yenə koronaya yoluxdu

Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın koronavirusla bağlı verdiyi testin nəticəsi müsbət çıxıb.

ONN media xəbər verir ki, bu barədə Köçəryanın ofisindən məlumat verilib.

Robert Köçəryan koronavirusa yoluxmuş iki nəfərlə təmasda olduğu üçün məhkəmə prosesində iştirak etməmişdi. Onun vəkili Ayk Alumyan Köçəryanın koronavirus testi verəcəyini demişdi.

Qeyd edək ki, 44 günlük müharibə zamanı Rusiyaya danışıqlar üçün getməyə hazırlaşan Köçəryandan “qəfildən” koronavirus aşkarlanmışdı. Sonradan onda koronavirus tapılmasının bəhanə olduğu, Rusiya rəsmiləri ilə görüş izni ala bilmədiyi üçün səfərdən bu adla imtina etdiyi bildirilmişdi.