ONN İnformasiya Agentliyi

Koçaryan Paşinyanı məhkəməyə verdi

Koçaryan Paşinyanı məhkəməyə verdi
08 Aprel 2021 - 19:18

Ermənistanın keçmiş prezidenti Robert Koçaryan ölkənin baş naziri Nikol Paşinyanı məhkəməyə verib.

ONN media xəbər verir ki, bu barədə Ermənistanın Elektron Məhkəmə Sistemində bildiriş yerləşdirilib.

Robert Koçaryan ona qarşı başlamış və sonradan ləğv edilmiş cinayəti işi ilə bağlı iddia irəli sürüb. Keçmiş prezident ona dəyən mənəvi ziyanın ödənilməsini tələb edir.

R.Koçaryan N.Paşinyandan onunla bağlı verdiyi bəyanatları təkzib etməsini və 4 milyon dram (8 min dollara yaxın) məbləğində kompensasiya ödəməsini tələb edir.

Qeyd edək ki, Ermənistan Konstitusiya Məhkəməsi Robert Koçaryana qarşı irəli sürülmüş konstitusiya quruluşunu devirmək ittihamlarını geri götürüb.

Yerevanınn ümumi yurisdiksiyasının hakimi Anna Danibekyan Konstitusiya Məhkəməsinin 300.1-ci maddəsini (konstitusiya quruluşunun devrilməsi) konstitusiyaya zidd elan edərək “martın 1-i” işinə xitam verilməsi barədə qərar qəbul edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png