Kollecdə yanğın nəticəsində ölənlərin sayı 10-a çatdı

Ukraynanın Odesa şəhərində yerləşən İqtisadiyyat Kollecinin binasında baş verən yanğın nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb.

ONN media bildirir ki, bu gün səhər saatlarında dağıntıların altından daha iki nəfərin meyiti tapılıb.

Bildirilir ki, yanğında həmçinin 30 nəfər xəsarət alıb, onlardan 9-u hələdə xəstəxanada qalır.

Qeyd edək ki, Odesa şəhərində yerləşən İqtisadiyyat Kollecinin binasında yanğın dekabrın 5-i baş verib. Ölkə prezidenti Vladimir Zelenski dekabrın 8-ni milli matəm günü elan edib