Koreyada tarixi dəvət: “Sülh gözlənilir”

Şimali Koreya lideri Kim Çen İn Cənubi Koreya prezidenti  Mun Çje İni Pxenyana dəvət edib.

ONN media-nın məlumatına görə, İki qonşu ölkə arasında 10 ildən çoxdur ki, belə bir görüş reallaşmayıb.

Şimali Koreya və Cənubi Koreya arasında Olimpiya oyunlarıyla birgə başlayan sülh meylləri “şiddətlənərək” davam edir. Cənubi Koreyadan edilən açıqlamada prezident  Munun Şimali Koreya lideri Kim Çen İn tərəfindən Pxenyana dəvət edidiyi bildirilib.