ONN İnformasiya Agentliyi

Koronavirusa qalib gələn həkimlərin dəri rəngi dəyişdi

Koronavirusa qalib gələn həkimlərin dəri rəngi dəyişdi
21 Aprel 2020 - 14:19

Çinin Uhan şəhərində koronavirusa yoluxan və 2 ay müalicə alaraq xəstəliyə qalib gələn kardioloq Yi Fan və uroloq Hu Veyfenqin dəri rəngi dəyişib.

ONN media xəbər verir ki, mütəxəssislər bu dəyişikliyi koronavirusun qaraciyərə verdiyi zədə ilə əlaqələndirir.

Çin mediasına müsahibə verən Hu Veyfenq yaşadığı dəyişiklikdən danışıb.

“Şüurum bərpa olanda və səhhətimi öyrənəndə qorxdum. Tez-tez kabuslar görürdüm”, – o bildirib.

Xuançon Elm və Texnologiya Universitetinin Yoluxucu xəstəliklər üzrə mütəxəssisi Sonq Yianxin həkimlərin orqanlarının müalicə əsnasında zərər gördüyünü söyləyib. Onun sözlərinə görə, qaraciyərə yığılması lazım olan dəmir orqanlar doğru işləmədiyi üçün qan damarlarına dolub. Buna görə də dərinin rəngində dəyişikliklər yaşanıb.

Uroloq Li Şuşenq həkimlərin dəri rənglərinin bir müddət sonra normal vəziyyətə qayıdacağını bildirib.

Mütəxəssislər koronavirusa qalib gələn xəstələrin həyati əhəmiyyətli orqanlarında ciddi zədələrin meydana gələ və posttravmatik stress pozuntusunun (PTSP) ortaya çıxa biləcəyini deyir.

Yale Universitetinin kardioloqu Harlan Krumholz isə COVID-19-un sadəcə tənəffüs yolu xəstəliyi olmadığını ifadə edir: “Bu xəstəlik ürəyi, qaraciyəri, böyrəkləri, beyni, endokrin və qan-damar sistemini sıradan çıxarır”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png