Koronavirusa yoluxan Boris Consonun səhhəti ilə bağlı SON AÇIQLAMA

Koronavirusa yoluxan Böyük Britaniyanın Baş naziri Boris Consonun səhhəti üçün ciddi təhlükə yoxdur.

ONN media xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən açıqlama verilib. Məlumata görə, hökumət başçısı müalicəyə cavab verir və onun vəziyyəti normaldır.

Qeyd edək ki, martın 27-də koronavirusa yoluxduğu üzə çıxan Conson, 3 gün əvvəl reanimasiya şöbəsinə yerləşdirilib.