ONN İnformasiya Agentliyi

Koronavirusdan ölən qızın ürək dağlayan paylaşımı

Koronavirusdan ölən qızın ürək dağlayan paylaşımı
26 Mart 2020 - 12:37

Türkiyədə koronavirusdan ölən 33 yaşlı Dilək Tahtalının sözləri epidemiyanın nə qədər təhlükəli olduğunu bir daha təsdiqləyib.

ONN media xəbər verir ki, D.Tahtalı İstanbulda özəl xəstəxanaların birinin qeydiyyat şöbəsində işləyib.

Kiçik yaşlarından xərçənglə mübarizə aparan Tahtalı martın 10-da yüksək hərarət və halsızlıq şikayətləri ilə xəstəxanaya müraciət edib. Həkimlər onun həyatını xilas edə bilməyiblər

Ailə qurmayan və evin tək övladı olan Tahtalının sosial mediada paylaşımları ürək dağlayır:

“Baş ağrısı, halsızlıq, axşam başlayıb bütün gecə insanı yatmağa qoymayan öskürək… Temperaturum düş, yaxamı burax! Hər dəqiqə sirkə-aspirinli su, ilıq duş, buz kimi havada eyvana çıxmaqdan huşumu itirəcəm”.

Qeyd edək ki, Tahtalı CHP-li sabiq millət vəkili Ramiz Topalın qohumudur.

 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png