ONN İnformasiya Agentliyi

Kremldən Afrin əməliyyatı – Açıqlaması

Kremldən Afrin əməliyyatı – Açıqlaması
22 Yanvar 2018 - 15:51

Türkiyənin həyata keçirdiyi Afrin əməliyyatı ilə bağlı Rusiya və Suriya məlumatlıdır.

ONN media Teleqraf.com-a istinadən xəbər verir ki, bu fikirləri Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

O, əlavə edib ki, Rusiya üçün Suriyanın ərazi bütövüyü məsələsi təməl məsələdir və bu yanaşma dəyişməyib.

Kremlin sözçüsü qeyd edib ki, Türkiyənin “Zeytun budağı” adı verilən Afrin əməliyyatını yaxından izləyirlər.

Bununla belə Peskov “Rusiya Türkiyənin hərəkətini əvvəlcədən bilirdmi” sualına cavab verməkdən imtina edib.

Bu arada Rusiya Xarici İşlər naziri Serhey Lavrov açıqlamasında Amerikanı ittiham edib.

Nazir ABŞ-ın Suriyadakı tədbirləri haqqında danışarkən deyib ki, ABŞ ya təxribatlar edir, ya da vəziyyəti anlamaqda çətinlik çəkir:

“ABŞ Suriyadakı fərqli dinamikanı ya qavramır, ya da davamlı olaraq durumu mürəkkəbləşdirəcək addımlar atır”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png