ONN İnformasiya Agentliyi

Krım tatarlarının abidəsi niyə dağıdıldı?

Krım tatarlarının abidəsi niyə dağıdıldı?
10 May 2019 - 11:31

ONN media xəbər verir ki, naməlum vandallar mayın 9-da Krım yarımadasındakı Sevastopol şəhəri yaxınlığında Krım tatarlarının müharibə abidəsini dağıdıblar.

Bu abidə II Dünya Müharibəsi illərində həlak olmuş Krım tatarlarının xatirəsinə ucaldılıb.

Krım tatarlarının icması mayın 9-da sındırılmış abidənin fotolarını yayıb. Bu abidənin indi artıq sındırılmış qara mərmər daşında 57 tatar da daxil 64 krımlının adları yazılmışdı.

Abidəni üç gün bundan əvvəl Sevastopol yaxınlığındakı Orlovka kəndində Krım tatar icması ucaltmışdı.

Ukraynanın Krım yarımadası Rusiya tərəfindən 2014-cü ildə ilhaq edilib. O vaxtdan bəri bölgənin Krım tatar azlığı Rusiya tərəfindən təyin edilmiş hakimiyyət orqanları tərəfindən repressiyalara məruz qalıb.

1944-cü ilin mayında sovet diktatoru İosif Stalin bütün Krım tatar xalqının yarımadadan deportasiyası barədə direktiv imzalamışdı. Onlar əsassız olaraq nasistlərə rəğbətdə ittiham olunurdular.

Qazaxıstana və keçmiş Sovet İttifaqının başqa ucqarlarına sürgün əməliyyatı zamanı və sürgün həyatının ilk aylarında on minlərlə Krım tatarı ölmüşdü.

Onlar yalnız 1980-ci illərdə sovet lideri Mikhail Gorbachev-in zamanında öz yurdlarına qayıda bilmişdilər.

Krımın de facto hakimiyyəti Orlovkadakı abidənin dağıdılmasına hələki reaksiya verməyib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png