ONN İnformasiya Agentliyi

Krımda güclü partlayış baş verib

Krımda güclü partlayış baş verib
09 Dekabr 2023 - 22:27

Krımda kanalizasiya borularından birində güclü partlayış olub.

ONN media xəbər verir ki, bu barədə Krımın “daxili işlər nazirliyi” məlumat yayıb.

“Dekabrın 8-də saat 17 radələrində Simferopol şəhərinin Qorki küçəsində partlayış baş verib. Polis əməkdaşları hadisə yerinə gediblər. Baxış zamanı binalardan birində kanalizasiya borusunun zədələnməsi aşkar edilib”, – məlumatda vurğulanıb.

Qeyd edək ki, daha öncə Teleqram kanallarında yayılan məlumatda bildirilib ki, notariat kontorunun yaxınlığında naməlum şəxslər kiçik əldəqayırma partlayıcını kanalizasiya borusuna yerləşdirərək onu uzaqdan idarə olunan qurğu vasitəsilə işə salıblar. Partlayıcı maddə kimi təxminən 50 qram ağırlığında pirotexniki qarışıqdan istifadə edilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png